NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Naxçıvanda parkda donma təhlükəsi ilə üzləşən kişi xəstəxanada ölüb

...

“Şərq qapısı” xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb. Burada vəziyyəti ağır olan 40 yaşlı kişi aşkarlanıb.
Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən mərhum alkoqol asılılığından əziyyət çəkib və 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.11.2026 11:44