COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi t...
21:23 23.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il noyabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixə nisbətən 3,7 dəfə və ya 8186 vahid artaraq 11 min 245 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 76,1 faiz və ya 4859 vahid artıb.
Digər xəbərlər