NAXÇIVAN :

21 Fevral 2025, Cümə

Naxçıvanda ötən il istifadə müddəti bitmiş 51 adda baytarlıq preparatı aşkarlanı

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq nəzarəti tədbirləri çərçivəsində ötən il mayın 16-dan etibarən quş, iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsiminə baytarlıq nəzarəti tədbirləri başladılmış və hazırda satış məqsədli heyvanların daşınması və kəsimi agentlik əməkdaşlarının nəzarəti ilə həyata keçirilir.

Agentlikdən “Şərq qapısı”na bildirilib ki, baytarlıq preparatlarının keyfiyyəti də əsas nəzarət predmetlərindən biri kimi diqqətdə saxlanılır. Ötən il muxtar respublika ərazisində fəaliyyət göstərən 24 baytarlıq aptekində monitorinq həyata keçirilib, 51 adda son istifadə müddəti bitmiş, 3 müxtəlif qablaşdırma formasında (cəmi 25 kq/l) mənşəyi məlum olmayan baytarlıq preparatı aşkarlanıb.

Həmin preparatlar satış dövriyyəsindən kənarlaşdırılaraq toxunulmazlığı təmin olunub və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məhv edilib.

Nəşr edilib : 19.02.2025 12:12