NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda ötən həftə 5 yanğın, 19 subasma hadisəsi qeydə alınıb

...

Ötən həftə ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 5 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma, 2 müxtəlif ərazidə hərbi sursatların aşkar olunması faktları üzrə və subasmaya məruz qalan 19 ünvanda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Şərq qapısı" xəbər verir ki, görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.

Avtonəqliyyat qəzası zamanı  deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər yaralı vəziyyətdə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Babək və Ordubad rayonları ərazisində aşkar edilən hərbi sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində su basmış, ümumilikdə, 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Nəşr edilib : 15.09.2025 10:21