NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Naxçıvanda ötən həftə 14 yanğın hadisəsi qeydə alınıb

...

Ötən həftə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 14 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan şəhəri, Tumbul kəndində fərdi yaşayış evinin mətbəx hissəsində, Əliabad qəsəbəsində 5 mərtəbəli yaşayış binasının zirzəmisində, məişət texnikası və avadanlıqları mağazasında, Babək rayon Göynük, Ordubad rayon Aza kəndlərində tövlə və ot bağlamalarında, Şərur rayon Tumaslı, Siyaqut, Yeni Havuş, Culfa rayonu Saltaq kəndlərində, Kəngərli rayon Qıvraq qəsəbəsində və Xok kəndində həyətyanı sahələrdə, Şərur rayon Xələc kəndində transformatorda və Naxçıvan şəhərində məişət tullantılarında yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Nəşr edilib : 11.08.2025 10:47