Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyəl...
15:57 25.08.2026
0
0
0
2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat və anbar təsərrüfatı sektorunda 58 371,9 min manat məbləğində xidmət göstərilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, hesabat dövründə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4 184,9 min ton yük və 27 552,8 min sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1,0 faiz artmışdır.
Daşınmış yüklərin 4 177,1 min tonu avtomobil nəqliyyatının, 7,5 min tonu hava nəqliyyatının, 0,3 min tonu isə dəmir yolu nəqliyyatının payına düşmüşdür.
Daşınmış sərnişinlərin 27 082,9 min nəfəri avtomobil, 469,9 min nəfəri isə hava nəqliyyatından istifadə etmişdir.
Digər xəbərlər