Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma pro...
13:50 02.05.2026
0
0
0
"Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə istehsalı 32 100,2 ton olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artım deməkdir. Eyni dövrdə üzüm istehsalı da artıb və 7 628,5 ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 17,5 faiz çoxdur".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov deyib.
O bildirib ki, Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının qərarına əsasən 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək muxtar respublikada salınacaq meyvə bağlarına indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri veriləcək. İlk dəfə intensiv meyvə bağları və giləmeyvə bağları da dövlət dəstəyi ala biləcək.
"Subsidiyaların şərtləri sadələşdirilib, hündürlük meyarı artırılıb, ting tələbi isə azaldılıb. Bu, Naxçıvanda meyvəçilik və üzümçülük sahələrinin daha da inkişafı üçün şərait yaradır", – deyə nazirliyin rəsmisi əlavə edib.
Digər xəbərlər