NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçiriləcək

...

Oktyabrın 20-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, prosesin test imtahanı mərhələsi Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində  təşkil olunacaq. Ümumilikdə, prosesdə 319  tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Nəşr edilib : 12.10.2024 19:40