Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs ...
09:29 20.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabrın 15-16-da Naxçıvanda ilk dəfə olaraq şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, müsahibənin avqustun 21-28-də aparılan sənəd qəbulu mərhələsində 13 vakant vəzifə üçün 48 namizəd sənəd verib. Müsahibə mərhələsi videoçəkiliş təmin edilməklə həyata keçirilib, sənəd verən 48 namizəddən 43-ü bu mərhələdə iştirak edib.
Müsahibə zamanı namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq sistemlə qiymətləndirilib, 7 ümumtəhsil müəssisəsi üzrə yekun orta balı 3 və daha yüksək olan 8 namizəd keçid balını toplamış hesab olunub. Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəddən ən yüksək nəticə göstərmiş namizədin müvafiq vəzifəyə təyin olunması nəzərdə tutulub.
Namizədlər müsahibə mərhələsi ilə bağlı yeddi iş günü ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə apellyasiya şikayəti verə bilərlər.
Müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat https://shorturl.at/aUb7H linkində yerləşdirilib.
Digər xəbərlər