NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvanda məhkumlar səs veriblər

...

Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir.
"Şərq qapısı" xəbər verir ki, Qarışıq Rejimili Cəzaçəkmə Müəssisəsində Parlament seçkiləri üçün 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin 65 saylı məntəqəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı məntəqəsi təşkil edilib.
Cəzaçəkən şəxslərə sərbəst şəkildə səsvermələri üçün şərait yaradılıb.
Qeyd edək ki, seçkilərdə bu il 1 nəfər məhkumun 18 yaşı yeni tamam olduğundan ilk dəfə səsvermədə iştirak edir.

Nəşr edilib : 01.09.2024 14:36