Fərid Bağırzadə: Naxçıvan DOST İnklüziv İnkişaf və...
18:00 05.11.2026
0
0
0
NAXÇIVAN :
05 Noyabr 2026, Cümə axşamı
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkasının bağlanış tədbiri keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkası uğurla başa çatıb. Komitə sədri diqqətə çatdırıb ki, yarmarka müddətində 230 müəllifin 2 160 adda müxtəlif əl işi və ailə təsərrüfatı məhsulunun satışı həyata keçirilib. Ümumilikdə, 19 146 manat dəyərində satış qeydə alınıb. Bu göstərici ötən illə müqayisədə 3 926 manat çoxdur. Sərgi-satış yarmarkasını 3 000-dən çox ziyarətçi izləyib. Bildirilib ki, əldə olunan nəticə yalnız sərgi-satış yarmarkasının uğur göstəricisi deyil, eyni zamanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əməyinin qiymətləndirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması, ailə büdcələrinə əlavə gəlir qazandırılması və qadınların özünüməşğulluğunun dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nuhi Abdinov çıxış edərək istedadın və zəhmətin sərhəd tanımadığını vurğulayıb. O bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində muxtar respublikada 10 gün davam edən sərgi-satış yarmarkasının təşkili məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların yaradıcılıq potensialının üzə çıxarılması, onların əl işlərinin və istehsal etdikləri məhsulların tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Nuhi Abdinov sərgi-satış yarmarkasının iştirakçılarına təşəkkürünü bildirib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra sərgidə əl işləri nümayiş etdirilən istedadlı qadınlardan Tünzalə Hüseynova çıxış edərək belə tədbirlərin müəlliflər üçün böyük stimul olduğunu bildirib. İstedadlı qadın onlara yaradılan imkanlara, göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlığını bildirib.
Bağlanış tədbirinin sonunda sərgi-satış yarmarkasında fəal iştirak edən şəxslərə komitənin Təşəkkürnamələri təqdim olunub və xatirə fotosu çəkdirilib.
Digər xəbərlər