Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlayıb.
İyulun 10-u Naxçıvan Şahmat Mərkəzində layihənin ilk tədbiri media nümayəndələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək iştirakçıları milli mətbuatın 150 illiyi münasibətilə təbrik edib, intellekt mübarizəsində uğurlar arzulayıb.
İki turdan ibarət yarışda 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Ümumilikdə, 32 sual səsləndirilib, doğru cavablar 1 xal ilə qiymətləndirilib. Nəticələrə əsasən "Sosial Press" komandası yarışmanın qalibi olub. "Əkinçi" və "İrşad" komandaları müvafiq olaraq ikinci, üçüncü yerlərə sahib çıxıblar.
Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə stolüstü tennis, şahmat və futzal yarışları keçiriləcək. İyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.
Digər xəbərlər