Azərbaycan səfiri İranın vitse-prezidenti ilə iqli...
19:38 21.12.2024
0
0
0
“Naxçıvan Saray”da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu keçirilir.
“Şərq qapısı” xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
“Naxçıvan Saray”da davam edən tədbirdə öncə Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər, muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri iştirak edir.
Tədbir çərçivəsində rəsmi çıxışlar, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarxın təqdimatı və panel müzakirələr nəzərdə tutulub.
Qeyd edək ki, Maliyyə Forumunun əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.
Digər xəbərlər