NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib

...

Bu gün  Dövlət İmtahan Mərkəzi  tərəfindən ali məktəblərin və Azərbaycan Milli Elmlər Akedemiyasının magistraturalarına qəbul imtahanı keçirilib. “Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli və Heydər Əliyev adına tam orta məktəblərdə keçirilən imtahanda, ümumilikdə, 567 bakalavr  iştirak edib.  İmtahanın idarə olunmasına 7  imtahan rəhbəri, 59 nəzarətçi cəlb  olunub. 
Qeyd edək ki, saat 10:00-da başlanılan imtahan 3 saat 30 dəqiqə davam edib.

Nəşr edilib : 11.05.2025 13:15