NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda KOB subyektlərinə ayrılan kreditlərin həcmi artıb

...

Naxçıvanda maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri olub. Cari ilin 9 ayı ərzində bank və kredit təşkilatları tərəfindən KOB subyektlərinə verilən kreditin 7,8 faizi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondlarının vəsaitləri hesabına təmin edilib. 

"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Naxçıvanda keçirilən “KOB FEST” sərgi-satış yarmarkasında çıxışı zamanı deyib. 

“Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92 faizi, kreditin məbləği üzrə isə 27,7 faizi Kiçik və Orta Sahibkarlıq subyektlərinin payına düşüb”, - deyə Abbas İsmayılov əlavə edib.

Nəşr edilib : 04.10.2024 13:20