NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda keçirilən veloyürüş zamanı qalib gələnlər arasında oğlanlarla yanaşı, qızlarda olub

...

COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş keçirilib. Veloyürüşdə oğlanlar və qızlar ayrı-ayrılıqda müxtəlif yerlər üzrə qərarlaşıb. Qızlardan finiş xəttinə ən tez çatan Zöhrə Sadiqova öz hisslərini "Şərq qapısı" qəzeti ilə bölüşüb: "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 ilə əlaqədar olaraq keçirilən bu veloyürüşdə iştirak etdiyim üçün çox sevinirəm. Digər sevindirici hal da ondan ibarətdir ki, bu yarışda qızların da iştirakına yer ayrılıb. Qızlar arasında isə finiş xəttini ən tez keçən mən oldum. Digər iştirak edən xanımları təbrik edirəm, gələcək yarışlarda uğurlar arzulayıram". 
Zöhrə Sadiqovadan sonra qızlar arasında finiş xəttini ikinci keçən yarışçımız isə Fatimə Məmmədli oldu: "Şəhərimizdə bu cür idman yarışlarının keçirilməsi çox yaxşı haldır. Veloyürüş elə bir idman növüdür ki, həm ekoloji, həm də idman sahəsində bizim dostumuza çevrilib. Ümid edirəm ki, gələcək veloyürüşlərdə qızların sayı daha da çox olar. Yer tutan və tutmayan bütün hər kəsi təbrik edirəm. Əsas məqsədimiz yarışmaq yox, birgə əylənmək və təbiətimizi qorumaqdır".
Qızlar arasında 3-cü olaraq finiş xəttini keçən veloyürüşcümüz isə Aydan Qasımlı olub: "Müəyyən bir yerdə qərarlaşacağımı bilirdim. Bu yarışa çox hazırlaşmışdım. Veloyürüşdə, təxminən, 10 nəfərə yaxın qız iştirak edirdi. Lakin bu sevindirici haldır ki, hər keçən veloyürüşdə qızların sayı daha da çoxalır". 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 07.09.2024 14:17