NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Naxçıvanda keçirilən “Uşaq müdafiəsi və təhlükəsizliyi” təlimi davam edir

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə təlimlər keçirilir. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, növbəti təlim gününün birinci hissəsində UNICEF-in təlimçisi tərəfindən Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin sinif rəhbərləri təlimə cəlb ediliblər. Günün ikinci yarısında isə təlimdə Naxçıvan şəhərindəki bir neçə  tam orta məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, psixoloqu, uşaq birliyi rəhbəri, müəllimi və valideynlər  iştirak ediblər. Ümumilikdə, gün ərzində 2 təlim keçirilir ki, hər təlimdən də 25 nəfər yararlanır. 
Oktyabrın 12-dək davam edəcək təlimlərdə qrup halında məşqlər icra edilir.

Nəşr edilib : 07.10.2024 23:19