NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Yüksəksürətli internet bütün Naxçıvanı əhatə edəcək

...

“Gənclər şəhərciyi”nin sakinləri artıq GPON əsaslı yüksəksürətli internet xidmətinə qoşula bilərlər.
“Şərq qapısı” xəbər verir ki, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” tərəfindən Naxçıvan şəhərində yüksəksürətli internet infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Növbəti mərhələdə Əziz Əliyev prospektində yerləşən “Gənclər şəhərciyi”ndə GPON texnologiyası əsasında yüksəksürətli internet şəbəkəsi qurulub. Bununla da ərazidə yaşayan sakinlər yüksəksürətli internet xidmətindən yararlanmaq imkanı əldə ediblər.
Hazırda kampaniya çərçivəsində internet xidmətləri aşağıdakı aylıq tariflərlə təqdim olunur:

- 20 Mbit/s – 15 manat
- 40 Mbit/s – 18 manat
- 50 Mbit/s – 25 manat
- 70 Mbit/s – 32 manat
- 80 Mbit/s – 39 manat
- 200 Mbit/s – 69 manat
- 300 Mbit/s – 99 manat
- 500 Mbit/s – 149 manat

Xidmətə qoşulma və modem ödənişi kampaniya çərçivəsində ödənişsizdir. Kampaniya 5 yanvar 2027-ci ilədək qüvvədə olacaq.
Yüksəksürətli internet xidmətinə qoşulmaq istəyən sakinlər "nptm.gov.az" saytına daxil olaraq onlayn müraciət edə bilərlər.
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”nin həyata keçirdiyi bu layihələrin əsas məqsədlərindən biri yüksəksürətli və keyfiyyətli internet xidmətlərinin əhatə dairəsini genişləndirərək mərhələli şəkildə bütün Naxçıvanı əhatə etməkdir.

Nəşr edilib : 02.09.2026 11:39