Dövlət Məşğulluq Agentliyi azad olunmuş rayonlarda...
18:01 21.04.2026
0
0
0
Naxçıvan Təlim Mərkəzi və Naxçıvan televiziyasının birgə təşkilatçılığı ilə gənclər üçün nəzərdə tutulan “Jurnalistika təlimi” layihəsinə start verildi.
14 gün davam edəcək intensiv proqram iştirakçıların həm nəzəri, həm də praktiki biliklərini artırmaq, onları müasir media texnologiyaları ilə yaxından tanış etmək və peşəkar iş mühitinə hazırlamaq məqsədi daşıyır.
Təlimin açılış günündə iştirakçılarla tanışlıq görüşü keçirilib. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, sədr vəzifələrini icra edən İlhamə Novruzova çıxış edərək layihənin mahiyyəti və gözləntiləri barədə məlumat verib. Daha sonra Naxçıvan televiziyasının baş redaktoru Əhməd Əhmədov jurnalistikanın əsas prinsipləri, televiziya aparıcısı Turqay Camal effektiv ünsiyyət metodları, eləcə də İlhamə Novruzova müsahibənin hazırlanması və həyata keçirilməsi mövzularında interaktiv təlimlər keçiriblər.
Təlim çərçivəsində aşağıdakı mövzular üzrə əhatəli biliklər təqdim olunacaq:
- Xəbər yazmaq və reportaj bacarıqları;
- Televiziya və radio aparıcılığı;
- Operativ jurnalistika və etik prinsiplər;
- Effektiv ünsiyyət texnikaları və bədən dili;
- Təqdimat bacarıqları və mediada münasibətlərin qurulması;
- Süni intellekt və media: xəbər istehsalında Al imkanları;
- Rəqəmsal platformaların və sosial medianın gücü;
- Media təhlükəsizliyi və kibersavadlılıq;
- Qlobal media mühitinin çağırışları.
Proqramı uğurla başa vuran iştirakçılara diplomlar təqdim ediləcək. Bundan əlavə, ən aktiv iştirakçıya Naxçıvan televiziyasında staj imkanı yaradılacaq.
Bu layihə regionda gənclərin media savadlılığının və peşəkar bacarıqlarının inkişafına mühüm töhfə verməklə yanaşı, gələcəyin jurnalistlərinin yetişdirilməsinə də xidmət edir.
Digər xəbərlər