NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq keçirilən monitorinq imtahanlarında 8 mindən artıq şagird iştirak edib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 17-də  şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə IX və XI siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq monitorinq sınaq qiymətləndirmə imtahanı  keçirilib. 
Monitorinq imtahanlarında muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 8 mindən artıq şagirdin iştirakı təmin olunub. İmtahanda şagirdlərə Azərbaycan  və ingilis dillərinin hər birindən ayrı-ayrılıqda 30, riyaziyyat fənnindən isə 25 olmaqla, ümumilikdə, 85 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, monitorinq imtahanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub. 
Məlumat üçün bildirək ki, mərkəzin imkanlarından istifadə edilməklə  IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış və qəbul imtahanları formatında olmaqla tədris ili ərzində 6 monitorinq qiymətləndirmə imtahanları təşkil ediləcək. 
Qeyd: Monitorinq qiymətləndirmə imtahanları Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ödənişsiz olmaqla həyata keçirilir.

Nəşr edilib : 17.11.2024 14:01