Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məkt...
19:12 23.12.2024
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət-özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsi nəzərdə tutulub. Bunu təmin etmək məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikilməsi haqqında Sərəncam imzalanıb".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev deyib.
Rəis müavini qeyd edib ki, Prezidentin Sərəncamına əsasən muxtar respublikada yeni İstilik Elektrik Stansiyası tikiləcək. Yeni İstilik Elektrik Stansiyasının tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına daha da təkan verəcək. Ən əsası isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan enerji üçün balans rolunu oyanacaq. Bu da ciddi ixrac potensialının istifadə olunmasına ən böyük dəstəkdir.
Digər xəbərlər