Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi 2024-cü ilin 9 ayı ərzində gördüyü işlərə dair hesabatını təqdim edib.
"Şərq qapısı" xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edib.
Abbas İsmayılov Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Sahibkarlığın İnkişafı Fondunun və xidmətlərin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin səmərəli təşkil edilməsi məqsədilə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi nəticəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.
Abbas İsmayılov qeyd edib ki, cari ilin 9 ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib: "Muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb".
Digər xəbərlər