Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Təməl” Sənaye və Ticarət Şirkəti 1990-cı ildən Naxçıvan şəhərində təsis edilib. İlk yaradıldığı zamanlarda şirkətdə yalnız məhdud sayda və çeşiddə hazır metal məmulatları istehsal olunurdu. 2-3 nəfərlə fəaliyyətə başlayan müəssisədə hazırda 17 nəfər işçi heyəti çalışır, 30 növdə və 150 çeşiddə məhsul istehsal olunur”.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan şəhərində fəaliyyət göstərən “Təməl” Sənaye və Ticarət Şirkətinin icraçı direktoru Emin Dünyamalıyev deyib.
O qeyd edib ki, Rusiya və Türkiyə mənşəli avadanlıqlarla təchiz olunmuş istehsal müəssisəsində hazır metal məmulatlarının istehsalı, polad qapı, qaynaq, rəngləmə, daş məhsullarının istehsalı, torna və mexaniki sexlər fəaliyyət göstərir. Bu da, öz növbəsində, Naxçıvan Muxtar Respublikasında sənaye potensialının artırılmasına öz töhfəsini verir.
Emin Dünyamalıyev vurğulayıb ki, 2025-ci ilin mayında müəssisə tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilərək maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı iqtisadi fəaliyyət sahəsi üzrə investisiya təşviqi sənədi əldə edilib: “Bu investisiya layihəsinin reallaşdırılması üçün, ümumilikdə, 796 min 724 manat məbləğində vəsait sərf ediləcək. Layihə üzrə tələb olunan vəsaitin 1,25 faizi cari təmir işlərinin aparılmasına, 65,37 faizi avadanlığın, 33,38 faizi isə xammal və digər köməkçi materialların alınmasına xərclənəcək. İnvestisiya layihəsinin 6 ay ərzində icra olunması nəzərdə tutulur. Yeni yaradılacaq istehsal sahəsində 16 yeni iş yeri açılacaq".
"Əldə etdiyimiz investisiya təşviqi sənədi çərçivəsində layihəmiz dövlət tərəfindən bir sıra mühüm vergi güzəştləri ilə dəstəklənib. Bu təşviq mexanizmi bizim üçün təkcə maliyyə yükünün azaldılması demək deyil, eyni zamanda daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ istehsal prosesinin qurulması üçün geniş imkanlar yaradır. Dövlətimizin investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atdığı bu addımı yüksək qiymətləndirir, göstərilən dəstəyə və yaradılan şəraitə görə təşəkkür edirik", – deyə şirkətin icraçı direktoru əlavə edib.
Digər xəbərlər