Müstəqil, suveren, qalib AZƏRBAYCAN
00:15 28.05.2025
0
0
0
Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə “İnsan resurslarının idarə edilməsi” mövzusunda uzunmüddətli təlim proqramına start verilib.
Altı həftə davam edəcək bu proqram çərçivəsində iştirakçılara insan resurslarının strateji planlaşdırılması, işə qəbul və yerləşdirmə, performansın qiymətləndirilməsi, motivasiya metodları, peşəkar inkişaf və əmək münasibətlərinin səmərəli idarə olunması istiqamətində əhatəli və praktik biliklər təqdim olunacaq.
Təlimin birinci mərhələsində Naxçıvan Muxtar Respublikasının 13 müxtəlif dövlət qurumunu təmsil edən 18 əməkdaş iştirak edib. İlk olaraq iştirakçıların mövzuya dair ilkin biliklərini ölçmək məqsədilə sınaq imtahanı keçirilib. Bu metod, təlim prosesində fərdi və ümumi inkişafın daha effektiv şəkildə qiymətləndirilməsi üçün nəzərdə tutulub.
Qrup işləri, real həyat nümunələri (case study) və interaktiv sessiyalarla zənginləşdirilmiş bu təlim proqramı, insan resursları sahəsində çalışan dövlət qulluqçularının nəzəri biliklərini praktik bacarıqlarla tamamlayaraq, onların iş mühitində daha səmərəli fəaliyyət göstərmələrinə xidmət edəcək.
Naxçıvan Təlim Mərkəzi tərəfindən həyata keçirilən bu təşəbbüs, dövlət idarəçiliyində müasir insan resursları idarəetmə mexanizmlərinin tətbiqinə və kadr potensialının daha səmərəli formada inkişaf etdirilməsinə mühüm töhfə verməyi hədəfləyir.
Digər xəbərlər