Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
NAXÇIVAN :
25 Noyabr 2024, Bazar ertəsi
Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində muxtar respublikada ilk dəfə olaraq Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramında uğur qazanmış namizədlərlə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov uğur qazanan gəncləri təbrik edərək bildirib ki, proqramın məqsədi təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. Qeyd olunub ki, eyni zamanda bu proqram gənclərə real iş mühitində təcrübə qazanmaq imkanı da verir.
Təhsil naziri şöbə və sektorların əməkdaşlarına təcrübədə olan gənclərə təcrübə imkanı, onların bilik və bacarıqlarını, peşəkar vərdişlərinin artırılması üçün hərtərəfli şərait yaratmağı tapşırıb. Elxan Nəcəfov namizədlərə fəal olmağı tövsiyyə edərək uğurlar arzulayıb.
Qeyd edək ki, 3 ay davam edəcək proqram çərçivəsində seçilmiş 4 namizəd Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif şöbə və sektorlarında təcrübə keçəcəklər. İştirakçılar onlar üçün təşkil olunan təlimlərdən yararlanacaq və sosial bacarıqlarını inkişaf etdirəcəklər. Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
Digər xəbərlər