NAXÇIVAN :

05 Iyul 2026, Bazar

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi (ikinci cəhd) keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahanlar 6 binada təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1708 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 22 rəhbər və 171 nəzarətçi cəlb olunub.
İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 05.07.2026 13:02