Prezidentin nümayəndəsi: COP31-də elektrikləşmənin...
12:20 07.09.2026
0
0
0
Sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Levent Bulut – Naxçıvan” (LBN) döyüş klubu ilə birgə təşkilatçılığı və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Naxçıvan şəhərində II “Levent Bulut Fight Night – Nakhchivan” turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, turnirdə 17 klubdan 144 idmançı iştirak edib. Uşaq, yeniyetmə, gənc və böyüklər arasında, həm kişi, həm də qadın kateqoriyalarında müxtəlif çəki dərəcələri üzrə döyüşlər keçirilib. Yarışın sonunda fərqlənən idmançılar diplom, medal və kubokla təltif olunublar.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifəsini icra edən Məcid Seyidov Azərbaycanda idmanın, xüsusilə döyüş idman növlərinin inkişafına göstərilən dövlət qayğısından danışıb. O belə yarışların Naxçıvanda keçirilməsinin idmana marağın artırılması, istedadlı idmançıların üzə çıxarılması və onların yarış təcrübəsinin zənginləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
“Levent Bulut – Naxçıvan” döyüş klubunun rəhbəri Etibar Qəribov turnirin əsas məqsədinin Naxçıvanda kikboksinqin inkişafına töhfə vermək, idmançıların yarış təcrübəsini artırmaq və gəncləri sağlam həyat tərzinə təşviq etmək olduğunu bildirib.
Turnirin fəxri qonağı, türkiyəli məşqçi və təşkilatçı Levent Bulut isə yarışın ikinci dəfə keçirilməsindən məmnunluğunu ifadə edib, Naxçıvanda döyüş idman növlərinə göstərilən diqqəti yüksək qiymətləndirib.
Naxçıvanda kikboksinqin inkişafına göstərilən diqqətə görə Məcid Seyidova və Levent Buluta LBN döyüş klubunun adından fəxri fərman təqdim olunub. Ardınca vətənpərvərlik mahnıları səsləndirilib və turnirin görüşləri izlənilib.
Yarışın təşkilində əməyi keçənlər təşəkkürnamə ilə təltif olunublar.
Digər xəbərlər