NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

...

2024-2025-ci tədris ili üzrə I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi sona çatır. 

Hazırda Naxçıvanda 1-ci siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər ölkə üzrə mərkəzləşmiş qaydada http://mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il saat 18:00-dır.

Nəşr edilib : 12.09.2024 15:15