Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
Bu gün Naxçıvan şəhərində yerləşən Heydər məscidi kompleksində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. İftar mərasimində qazilər və şəhid ailələri iştirak ediblər. Səmimi və mənəvi ab-havada keçən tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətlərindən bəhs olunub. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov Ramazan ayının insanları mərhəmətə, xeyirxahlığa və həmrəyliyə səslədiyini bildirib. O vurğulayıb ki, müqəddəs ay yalnız oruc ibadəti ilə deyil, eyni zamanda mənəvi saflaşma, ehtiyacı olanlara diqqət və qayğı göstərilməsi ilə səciyyələnir. Qeyd olunub ki, bu cür tədbirlər cəmiyyət daxilində birlik və qarşılıqlı hörmət hisslərinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonda bildirilib ki, qazilər və şəhid ailələri üçün təşkil olunan belə iftar süfrələri onlara göstərilən ehtiramın bariz ifadəsidir.
Digər xəbərlər