NAXÇIVAN :

18 Yanvar 2025, Şənbə

Naxçıvanda hamilə qadın vəfat edib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. İlkin məlumata görə, ana və övladının ölümünə səbəb təzyiq olub.
Onlar Babək rayonu, Payız kəndində dəfn ediliblər.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Nəşr edilib : 18.01.2025 16:33