NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvanda “GREENLAND-Nakhchivan” adlı rəsmi “Fecebook” və “Instagram” səhifələri açılıb

...

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən  Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 un Azərbaycanda keçirilməsi ilə əlaqədar muxtar respublikada müxtəlif  tədbirlər təşkil olunur.
COP (Conference of the Parties; Tərəflərin Konfransı) konfrans ilk dəfə 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. 198 ölkənin təmsil olunduğu COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır. Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 noyabr-12 dekabr tarixlərində Dubay şəhərində keçirilmişdir. Bu il COP29 konfransı isə 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcəkdir. Konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir və ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.
Naxçıvan Muxtar Respublikasında da COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə hazırlıqla bağlı keçirilən müşavirənin 23 fevral 2024-cü il tarixli 6 nömrəli Protokolu ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən bir sıra tədbirlər həyata keçirilir. Həmin Tədbirlər Planının müvafiq bəndinə əsasən “GREENLAND-Nakhchivan” adlı rəsmi “Fecebook” və “Instagram” səhifələri açılıb. Səhifələrdə “yaşıl enerji zonası” elan olunmuş Naxçıvan Muxtar Respublikasında bu sahədə, bioloji müxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərli istifadə olunması, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, COPun mahiyyəti və məqsədlərinə aid maarifləndirici tədbirlər görülən işlər, hazırlanmış video materiallar paylaşılır.
Gənclər və İdman Nazirliyi tərəfindən Tədbirlər Planına uyğun olaraq Yaşıl dünya könüllüləri proqramı həyat keçirilib, Naxçıvan şəhərində ətraf mühitin qorunmasını təşviq edən posterlər rəqəmli bilbordlarda və monitorlarda yerləşdirilib, gənclərin iştirakı ilə ağacəkmə, təmizlik və tullantılarını tingə dəyiş aksiyaları, “Old street, eco-art” adlı rəsm sərgisi, kros qaçışı və velosiped yürüşü, müxtəlif idman növləri üzrə yarışlar, Zəngəzur Milli Parkı ərazisinə ekskursiyalar, “Karbon ayaq izi” adı altında təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub.

Nəşr edilib : 31.08.2024 15:40