Bu tədbir Azərbaycan milli Mətbuatının 150 illiyi ...
23:26 30.05.2025
0
0
0
Mayın 30-da Naxçıvan şəhərindəki Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı öz işinə başlayıb.
Festivalın açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “MEDİAFEST-2025”in iştirakçıları, eləcə də ictimaiyyət nümayəndələri festivalda iştirak ediblər.
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin şagirdləri maraqlı kompozisiya ilə festival iştirakçılarını qarşılayıblar.
Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının fidanları qonaqlara göycə təqdim ediblər.
Meydanda quraşdırılmış monitorda Ümummilli Lider Heydər Əliyevin Naxçıvan göycəsi ilə bağlı jurnalistlərlə səmimi söhbəti izlənilib.
Sonra səlahiyyətli nümayəndə və qonaqlar Naxçıvanqala ərazisində bəzənən rəngarəng stendlərlə tanış olublar. Muxtar respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən sahibkarlar və məhsul istehsalçıları tərəfindən təşkil olunan stendlərdə muxtar respublikanın hər bir bölgəsinə xas göycə növləri, onlardan hazırlanan müxtəlif məhsullar təqdim olunub. Həmçinin diyarımızın tarixi-mədəni irsi və turizm potensialı nümayiş etdirilib.
Festival iştirakçıları təsərrüfat və incəsənət adamları ilə söhbət ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festival öz işini sabah da davam etdirəcək.
Digər xəbərlər