Azərbaycan-Özbəkistan: Türk dünyasında möhkəmlənən...
15:46 26.08.2026
0
0
0
2026-2027-ci tədris ili üzrə X sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, avqustun 27-də saat 15:00-dan etibarən X sinif şagirdlərinin elektron yerdəyişməsi həyata keçiriləcək. Yerdəyişmə prosesi sy.edu.az portalı vasitəsilə aparılacaq.
Qeyd olunub ki, 2026-2027-ci tədris ili üzrə II–IX və XI sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi avqustun 20-də saat 15:00-dan başlayıb və hazırda davam edir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Digər xəbərlər