Hesablama Palatası dövlət auditinin rəqəmsallaşdır...
18:41 17.09.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş vətənpərvərlik yürüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, yürüşdə tələbələr, kursantlar, məktəblilər, idmançılar, gənclər təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri olmaqla, 500-ə yaxın iştirakçı yer alıb.
İştirakçılar Azərbaycan bayraqları və vətənpərvərlik məzmunlu plakatlarla Dövlət Bayrağı Meydanından Zəfər parkına doğru yürüş ediblər. Hərbi orkestrin ifasında marşlar yürüşə xüsusi coşqu və vətənpərvərlik ab-havası qatıb.
Yürüşün sonunda iştirakçılar Zəfər Abidəsinin önündə toplaşıb, Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, ordumuzun şücaəti və xalqımızın milli həmrəyliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Məcid Seyidov gənclərin belə təşəbbüslərdə fəal iştirakının dövlətçilik və milli-mənəvi dəyərlərə bağlılığın, həmrəyliyin və ictimai fəallığın gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Yürüş iştirakçısı Elgiz Süleymanov da çıxış edərək gənclərin Vətən qarşısında məsuliyyətindən və Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında üzərlərinə düşən vəzifələrdən danışıb.
Tədbir çərçivəsində gənc rəssamların yaradıcılıq işlərindən ibarət sərgiyə baxış keçirilib və xatirə fotosu çəkdirilib.
Digər xəbərlər