Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə üçün sənəd qəbulu elan edir.
Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 24 sentyabr- 10 oktyabr 2024-cü il tarixlərdə aşağıda qeyd olunan sənədləri rayon (şəhər) təhsil şöbələrinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- tərcümeyi-hal;
- hərbi biletin surəti (yazılı hissələrinin);
- əmək fəaliyyətini təsdiq edən sənədin surəti (olduğu halda);
- müvafiq təhsil haqqında sənədin və əlavənin surəti;
- Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq sənədin surəti (əgər varsa).
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslərin ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsində iştirakı təmin ediləcək.
Müsabiqədə ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər, Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ixtisası üzrə alitəhsilli, həmçinin hərbi orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan zabitlər (ixtisaslı mütəxəssislər olmadıqda, istisna olmaqla ucqar kənd yerlərində gizir və çavuşlar) iştirak edə bilərlər.
Namizədlər vakant vəzifələrlə https://rb.gy/pfjhn9 linkinə daxil olaraq tanış ola bilərlər.
Digər xəbərlər