NAXÇIVAN :

15 Yanvar 2025, Çərşənbə

Naxçıvanda fəaliyyət göstərən restoranda ciddi nöqsanlara aşkarlanıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Naxçıvan şəhəri, İstiqlal küçəsi ev 95 ünvanında fəaliyyət göstərən “Dəyirmançı” restoranında ciddi nöqsanlar aşkarlanmışdır. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi sahəsində mövcud texniki normativ-hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyən edilmişdir. Belə ki, gigiyena qaydalarına əməl olunmadığı, çirklənməyə qarşı müdafiə tədbirlərinin tətbiq edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi  aşkarlanmışdır. Eyni zamanda istifadə olunan dondurma, limonad və kolbasa məhsullarının yararlılıq müddətinin bitdiyi, alət və avadanlıqların vaxtında təmizlənmədiyi, həmçinin obyektdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin də vaxtında aparılmadığı məlum olmuşdur.

Həmçinin üzərində markalanma aparılmayan ev şəraitində qablaşdırılmış turşular aşkarlanmışdır. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istifadəyə yararsız məhsullar kənarlaşdırılmışdır. Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Nəşr edilib : 14.01.2025 18:47