NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Naxçıvanda fəaliyyət göstərən məhkəmələrin kollektivləri tərəfindən ağacəkmə aksiyası keçirilib

...

Noyabr ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan şəhərində yerləşən birinci instansiya məhkəmələrinin kollektivlərinin birgə iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə həyata keçirilən aksiya çərçivəsində Uzunoba gölü ətrafında öncədən ayrılmış əraziyə müxtəlif növ ağac fidanları əkilib, onlara ilkin aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, yaşıllıqların qorunmasına töhfə verməkdir.

Nəşr edilib : 23.11.2024 18:11