NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Naxçıvanda əsas kapitala 122 milyon 629 min manat vəsait yönəldilib

...

Cari ilin yanvar-avqust aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 122 milyon 629 min 300 manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu, bir il öncəki göstəricidən 42,4 faiz çoxdur.

Vəsaitin 30 milyon 928 min manatı və ya 25,2 faizi məhsul istehsalı sahələrinə, 36 milyon 960 min 300 manatı və ya 30,2 faizi xidmət sahələrinə, 54 milyon 741 min manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 91 milyon 650 min 800 manatı və ya 74,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz çoxdur.

Nəşr edilib : 11.09.2025 13:46