NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda əmək yarmarkası keçirilir

...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçirilir.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində baş tutan yarmarkaya 20-dən çox işəgötürən üzrə 140-a yaxın vakansiya sakinlərə təqdim edilir. 
Qeyd edək ki, yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunur.

Nəşr edilib : 01.10.2025 10:49