NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanda elektrik enerjisinin 52 faizi alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunub

...

Cari ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət  Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Energetika Xidmətinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, müvafiq dövrdə istehsal olunan ümumi elektrik enerjisinin 52 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb. Cari ilin yanvar-oktyabr ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 48 faizi istilik, 39 faizi su, 13 faizi isə günəş elektrik stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

 Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğu halda, cari ildə bu göstərici 52 faizə yüksəlib.

Nəşr edilib : 14.11.2024 17:35