NAXÇIVAN :

03 Iyul 2026, Cümə

Naxçıvanda elektrik enerjisinə tələbat tam şəkildə "yaşıl enerji" hesabına təmin edilib

...

Bu ilin 21 aprel-2 iyul tarixləri ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbat tam şəkildə bərpa olunan enerji mənbələri hesabına təmin edilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində su elektrik stansiyalarında (SES) 104,486 milyon kVt/saat, günəş elektrik stansiyalarında (GES) isə 13,888 milyon kVt/saat olmaqla, ümumilikdə 118,374 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Nəşr edilib : 03.07.2026 18:30