NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Naxçıvanda "ekoloji təhsil" layihəsinə start verildi

...

"Şərq qapısı" xəbər verir ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərin icrası ilə əlaqədar Təhsil Nazirliyinin STEAM Təlim-Tədris Mərkəzində 2024-2025-ci illər üçün “Ekoloji Təhsil" layihəsinin təqdimatı olub.
 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən layihənin açılış tədbirinin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və Azərbaycanın ekologiyası "adlı videoçarx nümayiş etdirilib.
 
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev və  Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov tədbirdə çıxış edərək "ekoloji təhsil" layihəsinin əhəmiyyətindən danışıb, layihənin ölkəmizdə keçiriləcək COP29 tədbirinə töhfə kimi qiymətləndiriblər. 
 
Qeyd olunub ki, bu layihə şagirdlərin ekoloji biliklərinin formalaşmasında, onların təbiətə qayğının artırılmasında mühüm rol oynayacaqdır. 
 
Layihənin əsas məqsədi məktəblilərdə ekoloji mədəniyyəti, ekoloji düşüncə tərzini formalaşdırmaq, təbiəti qorumağın, 
öyrənməyin, zənginləşdirməyin vacib məsələ olduğunu onlara çatdırmaqdır.

Nəşr edilib : 18.10.2024 19:35