NAXÇIVAN :

19 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 5,7 milyon manata yaxın vəsait qaytarılıb

...

Bu ilin yanvar - sentyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz çoxdur.

 Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 5,7 milyon manata yaxın olub.

Nəşr edilib : 12.10.2026 14:36