NAXÇIVAN :

16 Yanvar 2025, Cümə axşamı

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin 96 faizi həll edilib

...

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvanda vergi orqanlarına, ümumilikdə, 1 230 müraciət daxil olub ki, onların da 91,3 faizini ərizələr, 8,6 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, müraciətlərin 98,4 faizinin baxılması 2024-cü ilin 9 ayı ərzində başa çatdırılıb, 1,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 96 faizi həll olunub, 2,3 faizi barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.
2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən, ümumilikdə, 83 vətəndaşın qəbulu təşkil olunub. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Nəşr edilib : 26.10.2024 14:02