NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Naxçıvanda Dövlət Vergi Xidməti "Açıq qapı günü” keçirib

...

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orta məktəb şagirdləri üçün “Açıq qapı günü” təşkil edib.
Xidmətdən "Şərq qapısı"na bildirilib ki, tədbir Ordubad şəhərində yerləşən Vergi Ödəyicilərinə Xidmət Mərkəzində keçirilib. Vergi biliklərinin formalaşdırılması məqsədilə şagirdlərə vergilərin mahiyyəti, əhəmiyyəti və növləri barədə məlumatlar verilib, mərkəzin işi ilə yaxından tanış olmaq üçün şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, mərkəzdə həssas qrupdan olan şəxslərə xidmət və vergi könüllüləri otaqları da yaradılıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, şagirdlərə hədiyyələr təqdim olunub.

Nəşr edilib : 26.10.2024 14:27