Naxçıvanda daşınmaz əmlak sahəsində 6500-dən çox e...
18:10 22.07.2026
0
0
0
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni icarə müqaviləsi bağlanılıb.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 134 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-iyun ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən, ümumilikdə, 419 min manat vəsait ödənilib. Bu ilin ilk altı ayında dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Digər xəbərlər