NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 87,6 faiz artıb

...

Ötən il dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 538,1 min manat vəsait daxil olub. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu əvvəlki illə müqayisədə 87,6 faiz çoxdur. 
2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.

Nəşr edilib : 09.01.2025 12:40