NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 188 layihə başa çatdırılıb

...

2026-cı ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 188 layihə icra olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, bu layihələrdən 36-sı yeni yaradılma, 152-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda  38-i yaradılma və 51-i genişləndirmə olmaqla, ümumilikdə, 89 layihənin icrası davam etdirilib.
Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 188 layihədən 167-si Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Nəşr edilib : 17.09.2026 14:20