NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Naxçıvanda dəyişkən hava şəraiti gözlənilir

...

Oktyabrın 6-sı axşam saatlarından 7-si gündüzədək Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

"Şərq qapısı" xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların güclənəcəyi gözlənilir.

Yağıntılı hava şəraiti ilə əlaqədar muxtar respublikanın bəzi çaylarında suyun səviyyəsinin artacağı, ayrı-ayrı çaylarda qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Nəşr edilib : 05.10.2026 17:44