Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvanda əmlak sahəsində 2024-cü ilin 9 ayı üzrə göstəricilər açıqlanıb
Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. 2024-cü ilin 9 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən Xidmətə 4825 elektron müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 34,3 faiz artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 9 ayı ərzində dövlət əmlakının səmərəli idarə edilməsi üzrə tədbirləri davam etdirib. Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 98 müqavilə bağlanıb, 105 icarə müqaviləsinin müddəti uzadılıb.
Dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 289,6 min manat vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.
Naxçıvanda özəlləşdirilən dövlət əmlakının sayı 3,7 dəfə artıb
2024-cü ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 156 qeyri-yaşayış obyekti, 9 torpaq sahəsi, 11 nəqliyyat vasitəsi olmaqla 176 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
Hesabat dövründə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sayı 4,2 dəfə, torpaq sahələrinin sayı 4,5 dəfə, nəqliyyat vasitələrinin sayı isə 1,3 dəfə artıb.
Naxçıvanda özəlləşdirmədən daxil olan vəsait 2 dəfə artıb
Naxçıvan Muxtar Respublikasında cari ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 1,9 milyon manatdan çox olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə özəlləşdirmədən muxtar respublika büdcəsinə daxilolmalar 2 dəfə artıb.
Hesabat dövründə hərraclar vasitəsilə 43 dövlət əmlakı özəlləşdirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.
Naxçıvanda dövlət əmlakı registrindən 110 çıxarış verilib
Cari ilin mart ayından dövlət əmlakının registrinin elektron sistem üzərindən aparılmasına başlanılıb. 406 dövlət müəssisə və təşkilatının balansında olan 3482 daşınmaz əmlaka dair məlumatlar Milli Avtomatlaşdırılmış Əmlak Sisteminə daxil edilib. Daşımaz dövlət əmlakının registrindən 110 çıxarış verilib.
Digər xəbərlər